Yuxarı

​Azərbaycanda "Rolls-Royce" avtomobillərinin satışı artıb

Şirkət üçün əsas bazar ABŞ olaraq qalmaqdadır

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanda "Rolls-Royce" markalı avtomobillərin satışı artıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İngiltərənin "Rolls-Royce Motor Cars" şirkətinin 2014-cü il hesabatında bildirilir.

Çərşənbə axşamı açıqlanan hesabata əsasən, şirkət üçün əsas bazar ABŞ olaraq qalmaqdadır. Şirkətin doğma ölkəsi Böyük Britaniya 4-cü yerdədir.

2014-cü ildə Şimali Amerikada satış 30%, Yaxın Şərqdə 20%, Avropada isə 40% artıb. Satış üzrə artım bütün dünyada, o cümlədən "Rolls-Royce"nin satış məntəqələrinin yeni açıldığı Azərbaycan, Qazaxıstan və Vyetnamda qeydə alınıb.

Hazırda bütün dünyada şirkətin 127 satış məntəqəsi fəaliyyət göstərir, 2015-ci ildə yenilərinin açılacağı gözlənilir.

Qeyd edək ki, "Rolls-Royce Motor Cars" şirkəti Azərbaycanda ilk “Rolls-Royce Motor Cars Baku” salonu 2014-cü ilin oktyabrında istifadəyə verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi