Yuxarı

“Renault”un elektrikli avtomobil satışı 23%-dən çox artıb

“Renault”un elektrikli avtomobil satışı 23%-dən çox artıb

Fransanın “Renault” avtomobil istehsalçısı 2019-cu ildə qlobal bazar payını qoruyaraq 4,25% həddində saxlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, şirkətin avtomobil satışları 2019-cu ildə illik müqayisədə 3,4% azalaraq 3,8 milyona enib.

Məlumata görə, şirkətin elektrikli avtomobil satışı 23,5%, yük maşınları satışı isə illik müqayisədə 1,3% artıb.

Xatırladaq ki, 2019-cu ildə qlobal avtomobil bazarında istehsal illik müqayisədə 4,8% azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi