Vüsal Qasımlı: "Regionların investisiya reytinqinin açılması sərmayə cəlb edilməsini asanlaşdıracaq"

Vüsal Qasımlı: "Regionların investisiya reytinqinin açılması sərmayə cəlb edilməsini asanlaşdıracaq" İİTKM indiyə qədər "Azexport" portalı vasitəsilə 100 mln. ABŞ dolları civarında ixrac sifarişləri alıb
Biznes
20 Aprel , 2017 12:39
Vüsal Qasımlı: Regionların investisiya reytinqinin açılması sərmayə cəlb edilməsini asanlaşdıracaq

Bakı. 20 aprel. REPORT.AZ/ "İndiyə qədər "Azexport" portalı vasitəsilə 100 mln. ABŞ dolları civarında ixrac sifarişləri almışıq". 

"Report" xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, ilin sonuna qədər bu rəqəm bir neçə dəfə artacaq. 

"Ən çox kənd təsərrüfatı məhsullarına tələbat var. Sevindirici haldır ki, hazır məhsullara da maraq var. Xüsusən də içkilərə tələbat çoxdur. Həmçinin, sənaye məhsullarından alüminium və mebel sənayesi məhsulları üzrə sifarişlər alırıq", - deyə V.Qasımlı qeyd edib. 

İİTKM-in icraçı direktoru regionların investisiya reytinqi ilə bağlı da danışıb: "Biz bu yaxınlarda Azərbaycan regionlarının investisiya reytinqini açıqladıq. Düşürünük ki, bu reytinq regionlara investisiya cəlb edilməsini daha da asanlaşdıracaq. Hər il bu reytinqi hazırlayacağıq".

Son xəbərlər

Orphus sistemi