​Region sahibkarları üçün treninqlər keçirilib

​Region sahibkarları üçün treninqlər keçirilib Treninqlər Biləsuvar və Mingəçevirdə təşkil olunub
Biznes
30 Aprel , 2016 06:08
​Region sahibkarları üçün treninqlər keçirilib

Bakı. 30 aprel. REPORT.AZ/Aprelin 29-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Biləsuvarda, Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Mingəçevirdə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, “Sənaye və istehsal sahələrinin idarə edilməsi”, “Kənd təsərrüfatında logistika”, “Sənayedə brendləşmə”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzularında təşkil edilən treninqlərdə brend məhsullar, sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi, brend məhsulların bazarlara çıxarılması, brendlərin dizaynının təkmilləşdirilməsi, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması, biznes ideyanın formalaşdırılması, planların hazırlanması və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda tədbirlərdə iştirakçılara Nazirliyin göstərdiyi elektron xidmətlər barədə də geniş məlumat verilib.
Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi