Ramiz Həsənov: “Sahibkarların obyektlərində yoxlamaların dayandırılması şikayətləri artırıb”

Ramiz Həsənov: “Sahibkarların obyektlərində yoxlamaların dayandırılması şikayətləri artırıb” "Şikayətlər demək olar ki, bütün sahələrdən daxil olur”
Biznes
26 Fevral , 2016 19:41
Ramiz Həsənov: “Sahibkarların obyektlərində yoxlamaların dayandırılması şikayətləri artırıb”

Bakı. 26 fevral. REPORT.AZ / “Sahibkarların obyektlərində yoxlamaların dayandırılması şikayətlərin artmasına gətirib”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

"Yoxlamaların dayandırılması bəzi dirnaqarasi "sahibkarlar"ın sui-istifadəsinə gətirib çıxarıb, bu da şikayətlərin artmasına səbəb olub. Şikayətlər demək olar ki, bütün sahələrdən daxil olur”, - deyə komitə sədri qeyd edib.

R.Həsənov "Benzinin keyfiyyətinə dair şikayətlərin olub-olmaması haqqında" sualı şərh edərkkən bildirib ki, benzin əsasən ölkəyə idxal olunur: "Azərbaycana ən yüksək premium-klass idxal olunur. Söhbət keyfiyyət yox, kəmiyyətdən gedə bilər. Biz müntəzəm yoxlamalar aparırıq”.

Son xəbərlər

Orphus sistemi