Hər kəsin sevimli marketi olan “Rahat” supermarketlər şəbəkəsi müştərilərinin işini bir az da asanlaşdırıb. Belə ki, bonuslar üçün üzərinizdə gəzdirməli olduğunuz “Rahat kart” və ya “İZ kart" alış-veriş kartına ehtiyac qalmadı. Marketlər arasında ilk dəfə olaraq “Rahat” market öz mobil əlavəsini yaratdı.
“Rahat kart” mobil əlavəni necə aktivləşdirə bilərəm? Bu çox rahatdır!
Mobil tətbiqetməni “Appstore” və ya “Play Market”də "Rahat kart" və ya "Rahat supermarket" yazıb telefonunuza yükləməklə, istifadə edə biləcəksiniz. Bunun üçün ad, soyad, doğum tarixi, yaşadığınız ünvan, əlaqə nömrəniz və elektron poçtunuzu yazmaqla qeydiyyatdan keçirsiniz. Telefonunuza gələn 4 rəqəmli şifrəni daxil etdikdən sonra tətbiq etibarlı olacaq.
Mobil əlavənin üstünlükləri:
1. Bonus kartınızı üzərinizdə gəzdirməyə ehtiyac qalmır, bu mobil əlavəni telefonunuza yükləməklə istifadə edəcəksiniz;
2. Alış-veriş zamanı kassada yerləşdirilən skanerə telefonunuzu yaxınlaşdırırsınız, bonuslar yüklənir;
3. Qazandığınız bonusları istənilən vaxt mobil əlavədən istifadə etməklə “Rahat” supermarketlərdə xərcləyə bilərsiniz;
4. Kassadan sizə qaytarılan pulları “Rahat” kart mobil əlavənizə yüklədə bilərsiniz;
5. Mobil tətbiq vasitəsilə siz ay və il ərzində marketdə istifadə etdiyiniz məbləği, qazandığınız bonusları, tarixi, aldığınız bütün məhsulları və qiymətini həmin mobil əlavədə rahatlıqla görə bilərsiniz. Bazarlıq edərkən mütləq mobil telefonunuzu kassada skanerə oxudun ki, aldıqlarınız mobil əlavəyə yüklənsin;
6. Həmçinin, mobil əlavədən “Rahat” marketlərin bütün aksiyalarından xəbərdar olacaqsınız;
7. “Rahat” marketlərin ünvanlarını, rahatlıqla mobil əlavədə görmə imkanınız var!
Sizi maraqlandıran bütün sualara *5551 nömrəsinə zəng edərək, həmçinin “Rahat” marketin eyni adlı facebook, Instagram və rahatmarket.az veb səhifəsinə yazaraq, məlumat ala bilərsiniz. Tətbiq “Port Baku bazar” və “Megastore” mağazalarında da keçərlidir.
Ətraflı məlumat üçün videoçarxı izləyə bilərsiniz.