Yuxarı

"Rahat" marketlər şəbəkəsi çörəyin qiyməti ilə bağlı məsələyə aydınlıq gətirib

Kassirin mexaniki səhfi üzündən anlaşılmazlıq olub

Bakı. 23 dekabr. REPORT.AZ/ "Rahat" marketlər şəbəkəsi bu gün sosial şəbəkələrdə mağazalarının birində çörəyin qiyməti ilə bağlı məsələyə aydınlıq gətirib.

Şirkətdən "Report"a daxil olan məlumata görə, baş verən hadisə mağazada texniki səhv nəticəsində çörəyin qiyməti artıq yazılıb. Dərhal mağaza rəhbərliyinin müdaxiləsindən sonra texniki səhv aradan qaldırılıb.

Məlumatda deyilir: "Bəzi KİV, sosial şəbəkələrdə Rahat marketin alış-veriş çekini çəkərək çörəyin qiymətinin qalxması ilə bağlı paylaşımlar ediblər. Hal-hazırda "Rahat" marketlərin bütün filiallarında çekdə göstərilən çörəyin qiyməti 0,40 AZN-dir və ümumiyyətlə heç bir çörək çeşidlərinin qiymətində qalxma olmayıb. Kassirin mexaniki səhfi üzündən anlaşılmazlıq olub".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi