"Rahat Market": İşçilərin aylıq yemək xərcini onların maaşlarına əlavə etmişik

"Rahat Market": İşçilərin aylıq yemək xərcini onların maaşlarına əlavə etmişik Şirkət rəhbərliyi bu addımın məhz işçilərin şikayətləri əsasında atıldığını qeyd edir
Biznes
6 Yanvar , 2017 16:28
Rahat Market: İşçilərin aylıq yemək xərcini onların maaşlarına əlavə etmişik

Bakı. 6 yanvar. REPORT.AZ/ "Rahat" supermarketlər şəbəkəsinin işçilərinə yemək verilişini dayandırması və bunun qənaət rejiminin tətbiqi ilə bağlı olması haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə "Report"a "Rahat" supermarketlər şəbəkəsi mətbuatda şəbəkə haqqında səslənən ittihamlara cavab verərkən bildirib.

"Rahat" marketlər şəbəkəsinin rəhbərliyi bu addımı məhz işçilərin şikayətləri əsasında atıb. Belə ki, uzun müddət ərzində şirkətimiz bir neçə çatdırılma şirkəti ilə əməkdaşlıq edib. Lakin hər dəfə yeməyin keyfiyyətinin aşağı olması, menyuda çeşid zəifliyi, sifarişin vaxtında çatdırılmaması və bu kimi digər səbəblər haqlı olaraq əməkdaşlarımızın narazılığına səbəb olurdu. Marketlərdə çalışan işçilərimizin təklifini əsas tutaraq biz aylıq yemək xərcini onların maaşlarına əlavə etmişik", - deyə ticarət şirkətindən bildirilib.

Həmçinin qeyd olunub ki, qiymətlərdə müştərilərin aldadılması ilə bağlı yayılan xəbərlərin də heç bir əsası yoxdur: "Kassa və rəf arasında olan qiymət fərqinə gəldikdə, əməkdaşlıq etdiyimiz bütün kütləvi informasiya vasitələrində dəfələrlə məlumat vermişik ki, bu cür hala rast gəlinərsə, müştəri ən ucuz qiyməti ödəyir. Eyni mətnli plakatlar da bütün filiallarımıza vurulub".

Ayrıca, müştərinin rastlaşdığı istənilən problemlə bağlı dərhal *5551 nömrəli Qaynaq Xəttinə məlumat verilməsi xahiş olunur.

Qeyd edək ki, bir sıra yerli KİV-də şəbəkənin işçilərinə indiyədək təmin etdiyi nahar yeməyini dayandırması və müştərilərin qiymətlərdə aldadılması ilə bağlı məlumatlar yayılıb.

Son xəbərlər

Orphus sistemi