Bakı. 27 sentyabr. REPORT.AZ/ Vergilər Nazirliyi (VN) Gənclər və İdman Nazirliyinə məxsus “Qusar Olimpiya İdman Kompleksi” MMC-nin dövlət qeydiyyatına alıb.
“Report” VN-yə istinadən xəbər verir ki, kommersiya qurumunun hüquqi ünvanı Qusar şəhəri, Mirzə Vəliyev küçəsi, ev 2C, nizamnamə kapitalı 833 100 manat, qanuni təmsilçisi Babək Əlikram oğlu Həmidovdur.