QUAM ümumi bazarın yaradılması haqqında müzakirələr keçirib

QUAM ümumi bazarın yaradılması haqqında müzakirələr keçirib Kiyevdə iqtisadiyyat və ticarət üzrə İşçi qrupun 14-cü iclası baş tutub
Biznes
4 Aprel , 2015 10:11
QUAM ümumi bazarın yaradılması haqqında  müzakirələr keçirib

Bakı. 4 aprel. REPORT.AZ/ QUAM-da ümumi bazarın yaradılması ehtimalları müzakirə olunub. "Report" QUAM-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ Kiyevdə təşkilatın katibliyində keçirilən iqtisadiyyat və ticarət üzrə İşçi qrupunun 14-cü iclasında müzakirə olunub. Görüş QUAM-a üzv dövlətlərin müvafiq idarələrin, səfirliklərin nümayəndələrinin iştirakı ilə Gürcüstan tərəfinin sədrliyi ilə baş tutub. 

İclas iştirakçıları QUAM iştirakçı dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında müqavilədə əks olunan "Malların istehsal olunduğu ölkələrin müəyyən olunması qaydaları"na dair protokol və QUAM iştirakçı dövlətləri arasında azad ticarət zonası haqqında  20 iyul 2002-ci il tarixli Müqavilə iştirakçılarının fəaliyyətini koordinasiya edən İşçi orqanının yaradılması və fəaliyyətini tənzimləyən protokol  layihələrini müzakirə ediblər. 

İşçi qrupunun növbəti iclası 2015-ci ilin ikinci yarısında keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi