Qətərin daşınmaz əmlak şirkəti Azərbaycanda tərəfdaş axtarır

Qətərin daşınmaz əmlak şirkəti Azərbaycanda tərəfdaş axtarır Bakı. 8 dekabr. REPORT.AZ/ Qətərin daşınmaz əmlak sahəsində fəaliyyət göstərən “Qatar Diar” şirkəti azərbaycanlı sahibkarlara müraciət edib.
Biznes
8 Dekabr , 2018 14:51
Qətərin daşınmaz əmlak şirkəti Azərbaycanda tərəfdaş axtarır

Bakı. 8 dekabr. REPORT.AZ/ Qətərin daşınmaz əmlak sahəsində fəaliyyət göstərən “Qatar Diar” şirkəti azərbaycanlı sahibkarlara müraciət edib.

Bu barədə “Report” İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən xəbər verir. 

Məlumata görə, “Qatar Diar” şirkəti Azərbaycanda özəl sektorda mövcud olan və xarici investisiya tələb edən daşınmaz əmlak layihələrinin icrası ilə bağlı əməkdaşlıq təklifləri ilə çıxış edib. Bundan başqa, şirkətə ölkəmizin dövlət və özəl tikinti şirkətlərinin Qətərdə həyata keçirilən layihələrdə iştirakını təmin edəcək.

Əməkdaşlıqda maraqlı olan azərbaycanlı iş adamları AZPROMO-ya müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi