Qərbi Azərbaycan vilayətinin biznesmenləri Naxçıvana gəlib

Qərbi Azərbaycan vilayətinin biznesmenləri Naxçıvana gəlib İranlı sahibkarlar həmçinin sənaye və istehsal müəssisələri ilə tanış olacaqlar
Biznes
12 İyul , 2016 10:37
Qərbi Azərbaycan vilayətinin biznesmenləri Naxçıvana gəlib

Bakı. 12 iyul. REPORT.AZ/ Qərbi Azərbaycan vilayətinin biznesmenlərindən ibarət nümayəndə heyətinin Naxçıvana iki günlük səfəri başlayıb.

İranın Naxçıvandakı baş konsulluğudan “Report”a verilən məlumata görə, nümayəndə heyətinə müxtəlif sahələrdə çalışan 40 sahibkar daxildir.
Səfər zamanı nümayəndə heyəti İranın Naxçıvandakı baş konsulu Mansour Airomla görüşüb və İranla Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər.

Baş konsul bildirib ki, Azərbaycan, o cümlədən ölkənin Naxçıvan Muxtar Respublikası iqtisadi əməkdaşlıqda İranın əsas tərəfdaşlarından hesab olunur, mövcud və gələcək imkanları nəzərə alaraq istehsal və xidmət mübadiləsində böyük potensiala malikdir. M.Airom Naxçıvanın iqtisadi və hüquqi mühiti barədə məlumat verərək, Muxtar Respublikada iqtisadi fəailiyyətin yollarını izah edib.

Bundan başqa iranlı nümayəndə heyəti Naxçıvan Biznes Mərkəzində Muxtar Respublikanın məsul şəxsləri və sahibkarları ilə görüşüb müştərək iqtisadi əməkdaşlığa dair müzakirələr aparacaqlar.
İranlı sahibkarlar, həmçinin sənaye və istehsal müəssisələri ilə tanış olacaqlar. 

Son xəbərlər

Orphus sistemi