Yuxarı

​Qazaxıstan Azərbaycana 3,7 min ton buğda ixrac edib

İxrac 2015-ci ilin fevral ayında həyata keçirilib

Bakı. 9 aprel. REPORT.AZ/ Qazaxıstan 2015-ci ilin yanvar-fevral aylarında 407,8 min ton buğda və buğda qarışığı və çovdar ixrac edib ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 46,8% azdır.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Gömrük Nəzarəti Komitəsinin məlumatında bildirilir.

Qazaxıstan fevralda 213,3 min ton buğda ixrac edib.

Xəzər hövzəsi ölkəsi MDB ölkələrinə 314,5 min ton buğda ixrac edib ki, onun da 3,7 min tonu Azərbaycanın, 56,3 min tonu Qırğızıstanın, 99,1 min tonu Tacikistanın və 155,2 min tonu Özbəkistanın payına düşüb.

Yanvarda buğda ixracı 194,5 min ton təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi