​Qazaxda sahibkarlar üçün treninq keçirilib

​Qazaxda sahibkarlar üçün treninq keçirilib Treninq Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı təşkil edilib
Biznes
5 May , 2016 18:50
​Qazaxda sahibkarlar üçün treninq keçirilib

Bakı. 5 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, treninqdə iştirakçılara biznesin növləri, təşkilati-hüquqi formaları, biznes mühiti, biznesin planlaşdırılması, insan resurslarının səmərəli idarə olunması və s. barədə ətraflı məlumat verilib. Bununla yanaşı, tədbirdə nazirliyin göstərdiyi elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində mövzu üzrə təqdimat keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi