“Qax-Tütün”ün səhmdarlarının yığıncağı keçiriləcək

“Qax-Tütün”ün səhmdarlarının yığıncağı keçiriləcək Bu barədə rəsmi mətbuatda məlumat verilib
Biznes
18 Mart , 2017 16:59
“Qax-Tütün”ün səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 18 mart. REPORT.AZ/ İyunun 9-da, saat 12:30-da “Qax-Tütün” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” rəsmi mətbuata istinadən xəbər verir ki, yığıncaq cəmiyyətin yerləşdiyi Qax rayonu, Balakən şosesində olacaq.

Yığıncağın gündəliyinə müəssisənin illik balansının müzakirəsi və təsdiqi (zərər və mənfəətin bölüşdürülməsi), 2016-cı ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə təftiş komissiyasının hesabatının dinlənilməsi və digər təşkilati məsələlər daxildir.

Xatırladaq ki, “Qax-Tütün” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 507 384 manatdır. 

Son xəbərlər

Orphus sistemi