“Qaradağ Tikinti Materialları”na yeni sədr seçiləcək

“Qaradağ Tikinti Materialları”na yeni sədr seçiləcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
31 Mart , 2017 09:20
“Qaradağ Tikinti Materialları”na yeni sədr seçiləcək

Bakı. 31 mart. REPORT.AZ/ Mayın 15-də, saat 15:00-da “Qaradağ Tikinti Materialları” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə müəssisənin İdarə Heyətinə yeni sədrin seçilməsi məsələsi daxildir.

Xatırladaq ki, “Qaradağ Tikinti Materialları” ASC 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 957 474 manatdır. 

Son xəbərlər

Orphus sistemi