Yuxarı
    Bağlamaq

    "PwC" və SAP Bakıda "Transformasiya olunan dünyada texnologiyalar" adlı biznes-forum təşkil edib

    Növbəti beş il ərzində texnologiya bir sıra sektorlarda rəqabət mühitini əhəmiyyətli dərəcədə dəyişəcək

    Bakı. 28 aprel. REPORT.AZ/ “PwC Azerbaijan” audit şirkəti və “SAP” konsaltinq şirkəti Bakıda “Transformasiya olunan dünyada texnologiyalar” adlı biznes-forum təşkil edib. 

    Bu barədə “Report”a “PwC Azerbaijan”dan məlumat verilib.

    “Transformasiya olunan dünyada şirkətlər qlobal texnoloji inkişaf nəticəsində yaranan reallıqlara uyğunlaşmalıdır. Azərbaycan bu transformasiya prosesinin mərkəzindədir və innovasiyalar hesabına şəffaflığın və biznes proseslərinin səmərəliliyinin artırılması istiqamətində hökumət və şirkətlər güclü qətiyyət nümayiş etdirir”, - deyə açıqlamada bildirilir. 

    “Şirkətin rəqabətə davamlılığı və müasir bazarda müvəffəqiyyəti əhəmiyyətli dərəcədə kənar və daxili dəyişikliklərin çevik və proaktiv şəkildə idarə etməyimizdən asılıdır. Effektiv idarəetmə sistemləri beynəlxalq qabaqcıl təcrübəyə uyğun olaraq biznes proseslərin optimallaşdırılması və standartlaşdırılması, eləcə də əməliyyat və maliyyə şəffaflığın təmin edilməsi hesabına bizə rəqabətimizi artırmaq imkanı verir. Effektiv idarəetmə sisteminin yaradılmasının əsas mərhələlərindən biri ən son informasiya texnologiyalarının tətbiq edilməsindən ibarətdir”, - deyə açılış mərasimində SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov qeyd edib.

    "PwC"-nin 20-ci İllik Qlobal CEO araşdırmasına uyğun olaraq, dünyanın iri şirkətlərin rəhbərlərinin narahatlıq doğuran 5 ən mühüm məsələ texnoloji dəyişikliklərin sürəti (70%) ilə bağlıdır. İri şirkətlərin 93%-i hesab edir ki, növbəti beş il ərzində texnologiya bir sıra sektorda rəqabəti əhəmiyyətli dərəcədə dəyişəcək. Görünür ki, qlobal rəqəmli transformasiya bütün dünyada şirkətlərin biznes əməliyyatlarına güclü təsir edəcək. “PwC” inanır ki, texnoloji transformasiyası uzunmüddətli və davamlı inkişafın təmin edilməsi üçün rəhbərlik tərəfindən ediləcək əhəmiyyətli və strateji bir addımdır. Elmi-texniki tərəqqinin təsiri ilə inkişaf edən şirkət olaraq, biz bu prosesin bir hissəsi olmuşuq, biliklərimizdən istifadə edərək və strategiyanin tərtib edilməsindən həyata keçirilməsinə qədər yüksək səviyyəli xidmətlər göstərərək müştərilərimizə uğur qazanmaqda köməklik etmişik", - deyə "PwC Azerbaijan"ın məsləhət xidmətləri praktikasının rəhbəri Emin Şıxqayıbov qeyd edib.

    Forumun proqramı rəqəmsal transformasiya prosesi ilə bağlı geniş spektrli məsələlər, o cümlədən texnologiyalar və insanlarda dəyişikliklər, "PwC"  və SAP tərəfindən aparılmış son tədqiqatlar nəticələrinə əsaslanan yeni tendensiya və dünya təcrübəsi daxil olmuşdur. Forumda hökumət nümayəndələri, eləcə də "PwC" və SAP şirkətlərinin yüksək səviyyəli mütəxəssisləri spiker qismində çıxış ediblər. Rəqəmsal transformasiya prosesinin həyata keçirilməkdə maraqlı olan iri şirkətlər, hökumət təşkilatları və biznes-birlikləri bu tədbirdə iştirak ediblər.

    "PwC" ilə birgə bu biznes forumun keçirilməsi məqsədi transformasiyada maraqlı olan Azərbaycan şirkətlərinə keçidə hazırlaşmaqda, onlara prioritetlərin müəyyən edilməsində və münasib rəqəmsal alətlərin seçilməsində köməklik göstərilməsindən ibarətdir. SAP dünyada dövlət və kommersiya təşkilatları ilə 40 ildən artıq təcrübəyə malikdir. Şirkətin portfelində 26-dan çox müxtəlif sektor üçün 400+ həllər var. Biz təcrübəmizi Azərbaycan ilə bölüşməkdən şadıq", - deyə SAP şirkətinin Azərbaycan üzrə direktoru Rüfət Hacıəlibəyov qeyd edib.

    İdarəetmə sahəsində məsləhət xidmətlərini informasiya texnologiyalarının “nou-hausu” ilə birləşdirərək, "PwC" və SAP şirkətləri uğurlu rəqəmsal transformasiyanı həyata keçirmək və investisiyalardan daha çox dəyər əldə etmək istiqamətində hökumətə və şirkətlərə dəstək göstərməyə hazırlıqlarını ifadə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi