"PwC": Azərbaycanda vergi mübahisələrinin bir çoxu vergi ödəyicilərinin xeyrinə həll edilib

"PwC": Azərbaycanda vergi mübahisələrinin bir çoxu vergi ödəyicilərinin xeyrinə həll edilib Arif Quliyev: "Ali Məhkəmədə bu iddiaların 52%-i vergi ödəyicilərinin xeyrinə həll olunub"
Biznes
30 Noyabr , 2016 14:58
PwC: Azərbaycanda vergi mübahisələrinin bir çoxu vergi ödəyicilərinin xeyrinə həll edilib

Bakı. 30 noyabr. REPORT.AZ/ "Bazarda belə şayiələr var ki, heç bir vergi mübahisəsi vergi ödəyicisinin xeyrinə həll edilmir. Amma belə şayiələrə getmək lazım deyil".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "PwC Azerbaijan" şirkətinin vergi məsələləri üzrə direktoru Arif Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, vergi mübahisələrinin bir çoxu vergi ödəyicilərinin xeyrinə həll edilib: "Belə ki, 2016-cı ildə vergi ödəyiciləri tərəfindən vergi orqanlarına qarşı qaldırılmış iddiaların Vergi Apellyasiya Şurasında 44%-i, birinci instansiya məhkəməsində 35%-i, Apellyasiya Məhkəməsində 57%-i, Ali Məhkəmədə isə 52%-i qismən və ya tamamilə həll edilib. Mübahisələndirilmiş vergi məbləği baxımından isə birinci instansiya məhkəməsində onun 8%-i, Apellyasiya Məhkəməsində 62%-i və Ali Məhkəmədə 34%-i həll edilib".

Son xəbərlər

Orphus sistemi