Yuxarı

Proqnoz: Gürcüstanda bu il minlərlə insan işsiz qalacaq

Proqnoz: Gürcüstanda bu il minlərlə insan işsiz qalacaq
Bunu Gürcüstan Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Maya Melikidze deyib

Bakı. 28 fevral. REPORT.AZ/ Bu ilin sonuna kimi Gürcüstanda minlərlə insan işsiz qalacaq. Özəl şirkətlərin hazırda apardığı ixtisar əməliyyatları sürətli hal almağa başlayıb. Bu problem ən yaxşı işəgötürən şirkətlər də daxil olmaqla, bütün iqtisadiyyatın seqmentlərini əhatə edir.

"Report"un "Apsny.ge" saytına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Maya Melikidze deyib. O bildirib ki, biznes sektorunda da ixtisarların olacağı gözlənilir.

"Burada əsas səbəblərdən biri kimi təkliflə tələbat arasında balansın pozulması göstərilir. Müvafiq məsələ Beynəlxalq Valyuta Fondu ilə müzakirə edilib. Biznes sahəsində ixtisarların başlamasına cəmi 2,2% təşkil edən iqtisadi artım səbəb olub. Bu isə öz növbəsində tələbatın azalmasına səbəb olacaq. Rəsmi statistika da özəl sektorda vəziyyətin pisləşməyə doğru getdiyini göstərir" - M.Melikidze əlavə edib.

Gürcüstanın Birləşmiş Həmkarlar İttifaqının məlumatına görə, 2016-cı ilin son üç ayında təxminən 4 000 nəfər işsiz qalıb. Bu həm özəl, həm də dövlət sektorunu əhatə edir.

"İnsanların işsiz qalmasına təsir edən ən mühüm amil aksiz vergisinin artırılmasıdır. Vergi Məcəlləsinə edilən dəyişikliklər qiymətlərin artmasına səbəb olub. Bu isə istehlakın səviyyəsinə təsir göstərib və şirkətlər üçün problemlər yaradıb", - deyə təşkilatın məlumatında qeyd edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi