Prezident İlham Əliyev Su Məcəlləsinin tətbiq edilməsi barədə fərmana dəyişiklik edib

Prezident İlham Əliyev Su Məcəlləsinin tətbiq edilməsi barədə fərmana dəyişiklik edib Nazirlər Kabinetinə prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb təqdim etmək tapşırılıb
Biznes
1 Noyabr , 2014 14:54
Prezident İlham Əliyev Su Məcəlləsinin tətbiq edilməsi barədə fərmana dəyişiklik edib

Bakı. 1 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

“Report” xəbər verir ki, fərman Su Məcəlləsinin tətbiq edilməsi barədə fərmanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə verilib.

Sənədə əsasən, Nazirlər Kabinetinə Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Həmçinin, Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi