​Portuqaliya şirkətləri Azərbaycanda ərazi planlaşdırmasında iştirak etmək niyyətindədir

​Portuqaliya şirkətləri Azərbaycanda ərazi planlaşdırmasında iştirak etmək niyyətindədir Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Portuqaliyanın Türkiyədəki səfiri ilə görüş keçirilib
Biznes
17 Sentyabr , 2015 18:10
​Portuqaliya şirkətləri Azərbaycanda ərazi planlaşdırmasında iştirak etmək niyyətindədir

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Portuqaliyanın Türkiyədəki səfiri Corc Kabralın (Jorj Kabral) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” Dövlət Komitəsinə istinadən xəbər verir ki, Komitə sədri A.Ələsgərov səfiri və nümayəndə heyətinə qurumun fəaliyyəti və görülən işlər barədə məlumat verib. Səfir C.Kabral bildirib ki, Portuqaliya tərəfi Komitə ilə ərazi planlaşdırılması sahəsində əməkdaşlıqda maraqlıdır.

Daha sonra Portuqaliyanın “CENOR” konsaltinq mühəndislik şirkətinin nümayəndəsi Ayçin Mungan öz şirkətləri barədə ətraflı məlumat verərək Azərbaycanda hazırlanan ərazi planlaşdırma sənədlərinin hazırlanmasında iştirak etmək niyyətində olduqlarını bildirib.

Görüşdə qonaqları maraqlandıran suallar cavablandırılıb və qeyd olunub ki, Portuqaliyanın layihələndirmə təşkilatları Azərbaycan qanunvericiliyinə uyğun şəkildə ərazi planlaşdırılması sənədlərinin hazırlanmasında iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi