Polşanın milli aviaşirkəti “Thomas Cook”un Almaniyadakı törəmə şirkətini satın alıb

Polşanın milli aviaşirkəti “Thomas Cook”un Almaniyadakı törəmə şirkətini satın alıb Polşanın milli aviaşirkəti LOT iflas edən “Thomas Cook”un Almaniyadakı törəmə şirkəti “Condor”u satın aldığını açıqlayıb.
Biznes
24 Yanvar , 2020 18:52
Polşanın milli aviaşirkəti “Thomas Cook”un Almaniyadakı törəmə şirkətini satın alıb

Polşanın milli aviaşirkəti LOT iflas edən “Thomas Cook”un Almaniyadakı törəmə şirkəti “Condor”u satın aldığını açıqlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, satınalmanın maliyyə tərəfləri açıqlanmasa da, prosesin bu ilin aprel ayına qədər yekunlaşdırılacağı bildirilib.

Qeyd edək ki, LOT daha əvvəl “Condor” şirkətinin iflasdan xilas olmaq üçün Almaniyanın İnkişaf Bankı (KFW) və federal hökumətdən aldığı 380 mln. avro kreditin də tam şəkildə geri qaytarılacağını açıqlayıb.

Xatırladaq ki, 1956-cı ildə qurulan və 9 milyondan çox sərnişin daşıyan “Condor” şirkəti hazırda dünyanın 90 nöqtəsinə uçuşlar təşkil edir.

Son xəbərlər

Orphus sistemi