Polşa şirkəti Azərbaycan sahibkarlarını əməkdaşlığa dəvət edir

Polşa şirkəti Azərbaycan sahibkarlarını əməkdaşlığa dəvət edir Ticarət üzrə ixtisaslaşan şirkət eyni zamanda konsaltinq xidmətləri göstərir
Biznes
31 Yanvar , 2017 17:43
Polşa şirkəti Azərbaycan sahibkarlarını əməkdaşlığa dəvət edir

Bakı. 31 yanvar. REPORT.AZ/ Polşanın “RRTrade” şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək niyyətindədir.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən məlumata görə, ticarət üzrə ixtisaslaşan “RRTrade” eyni zamanda konsaltinq xidmətləri göstərir.

Şirkətin internet səhifəsində müxtəlif sahələrdə fəaliyyət göstərən 2 minədək şirkət qeydiyyatdan keçib (hazırda qeydiyyat ödənişsizdir). Şirkət Azərbaycan şirkətləri ilə Avropa İttifaqı ölkələrinin şirkətləri arasında əməkdaşlığın qurulmasına dəstək verməkdə maraqlıdır.

Şirkətin əməkdaşlıq təkliflərinə marağı olan və ətraflı məlumat əldə etmək istəyən sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi