Polad Bülbüloğlu: "Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında öncül mövqedədir"

Polad Bülbüloğlu: "Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında öncül mövqedədir" “Azərbaycan hökumətinin adından hamını salamlayaraq bu gözəl sərginin açılışı münasibətilə təbrik edirəm. Üç ildir Azərbaycan bu sərginin tərəfdaş ölkəsidir və vahid milli stendilə iştirak edir. İlin mühüm hadisələrindən olan bu sərgi istehsalçıları, satıcıları, marketoloqları, iş adamlarını tanış olsunlar, fikir mübadiləsi aparsınlar deyə bir yerə toplamaq üçün dəyərli fürsətdir”.
Biznes
10 Fevral , 2020 17:28
Polad Bülbüloğlu: Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında öncül mövqedədir

“Azərbaycan hökumətinin adından hamını salamlayaraq bu gözəl sərginin açılışı münasibətilə təbrik edirəm. Üç ildir Azərbaycan bu sərginin tərəfdaş ölkəsidir və vahid milli stendilə iştirak edir. İlin mühüm hadisələrindən olan bu sərgi istehsalçıları, satıcıları, marketoloqları, iş adamlarını tanış olsunlar, fikir mübadiləsi aparsınlar deyə bir yerə toplamaq üçün dəyərli fürsətdir”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “ProdExpo2020” sərgisinin açılışında deyib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO), Rusiyadakı ticarət nümayəndəliyinə göstərdikləri dəstəyə görə təşkilatçılara təşəkkürünü bildirən səfir Rusiya hökumətinə, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinə də minnətdarlığını ifadə edib:

“Bu gün Azərbaycan ilə Rusiya ikitərəfli iqtisadi münasibətlərdə nəzərəçarpan artım yaşayırlar. Bu məsələdə liderlərimizin - Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya prezidenti Vladimir Putinin dəstəyi böyük rol oynayır. Onların marağı, diqqəti bu inkişafın möhkəm bünövrəsidir”.

Diplomat Azərbaycanın Rusiyaya kənd məhsullarının əsas tədarükçülərindən biri olduğunu da diqqətə çatdırıb: “Ölkəmiz tomat, qoz, fındıq, xurma, nar, heyva, üzüm şərabı, kompot, mürəbbə kimi məhsulların tədarükündə mühüm mövqeyə sahibdir. Son vaxtlar bu istiqamətdə ciddi fəaliyyətimiz var. Ötən ilin sonunda Samur üzərində açılan yeni körpü də iki ölkə arasında malların, yüklərin, sərnişinlərin gediş-gəlişi üçün daha geniş imkanlar açacaq”.

Sərgidə qurulmuş milli stend çərçivəsində və ya ayrıca stendlərlə Azərbaycanın 40-dək şirkətinin iştirak etdiyini deyən səfir hamını milli stendimizlə tanış olmağa dəvət edib.

Qeyd edək ki, Moskva şəhərində açılan və fevralın 14-dək davam edəcək “ProdExpo 2020” Rusiya və Şərqi Avropa ölkələrinin iştirak etdiyi ən böyük beynəlxalq kənd təsərrüfatı sərgisidir və 70 ölkədən 2600-dən artıq şirkət iştirak edir.

Son xəbərlər

Orphus sistemi