​Pikassonun əsəri hərracda 179 milyon dollara satılıb

​Pikassonun əsəri hərracda 179 milyon dollara satılıb Rəsmin qiymətləndirmə dəyəri 140 milyon dollar təşkil edib
Biznes
12 May , 2015 07:54
​Pikassonun əsəri hərracda 179 milyon dollara satılıb

Bakı. 12 may. REPORT.AZ/ Nyu-Yorkda keçirilən "Christie's" hərracında Pablo Pikassonun "Əlcəzair qadınları" əsəri rekord qiymətə - 179 milyon dollara satılıb.

"Report" xəbər verir ki, bu barədə "Christie's" hərrac evinin saytında məlumat yerləşdirilib.

Rəsm müəllif tərəfindən 1955-ci ildə Anri Matissenin xatirəsinə çəkilib.

Əsərin qiymətləndirmə dəyəri 140 milyon təşkil edib.

Şəklin yeni və əvvəlki sahibinin adı açıqlanmır.

Son xəbərlər

Orphus sistemi