Yuxarı

Emin Axundov : "Azərbaycan “Peugeot” markalı avtomobilin yeni modelinin istehsalına iki aydan sonra başlayacaq"

“Peugeot” markalı avtomobilin yeni modelinin istehsalına başlanılacaq
Dinlə

"Neftçala Avtomobil Zavodunda “Peugeot” markalı avtomobilin daha bir modelinin istehsalı ilə bağlı hazırda iş aparılır”.

Bunu “Report”a açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

O bildirib ki, sözügedən maşının istehsalına təqribən 2 aydan sonra başlanılacaq: “Biz müəyyən məsələləri Fransa ilə razılaşdırırıq”.

Qeyd edək ki, bu, “Peugeot 207” modeli olacaq. Bu avtomobillər avtomat ötürücü qutusu ilə təchiz olunacaq və qiyməti, təxminən, 17 500 manat civarında olacaq”.

Xatırladaq ki, "Azərmaş" ASC-nin Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda istehsal olunan “Peugeot” markalı minik avtomobilləri fevral ayının sonundan daxili bazara çıxarılıb və qiyməti 17 500 manatdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi