Parisdə beynəlxalq kənd təsərrüfatı sərgisi keçiriləcək

Parisdə beynəlxalq kənd təsərrüfatı sərgisi keçiriləcək Sərgi fevralın 27-dən martın 6-dək keçiriləcək
Biznes
3 Fevral , 2016 14:11
Parisdə beynəlxalq kənd təsərrüfatı sərgisi keçiriləcək

Bakı. 3 fevral. REPORT.AZ/ Fevralın 27-dən martın 6-dək Paris şəhərində 53-cü Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi keçiriləcək.

“Report” Azpromo-ya istinadən xəbər verir ki, sözügedən sərgiyə azərbaycanlı sahibkarlar da dəvətlidir. Sərgidə iştirak etməkdə maraqlı olanlar Azpromo-ya müraciət edə bilərlər.

Eyni zamanda Azpromo-ya Qırmızı dəniz-Ölü dənizi birləşdirəcək su kanalının tikintisi ilə bağlı layihə daxil olub. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr də bu layihənin icrasında iştirak etməyə dəvətlidir.

Bununla belə, Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələr Rusiya Federasiyasının Tambov vilayətində həyata keçirilən investisiya layihələrində iştirak etməyə dəvət olunur: "Yerli sahibkarlar üçün burada sərfəli sərmayə qoyuluşu imkanları yaradılacaq". 

Son xəbərlər

Orphus sistemi