Yuxarı

Bu ilin 9 ayında Azərbaycanın özəl sektorunda 90 minə yaxın yeni əmək müqaviləsi qeydə alınıb

Özəl sektorda 90 minə yaxın yeni əmək müqaviləsi qeydə alınıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-dövlət bölməsində 90 minə yaxın yeni əmək müqaviləsi qeydə alınıb ki, bu da həmin dövr ərzində artmış əmək müqavilələri sayının 71,4%-ni təşkil edir.

“Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu şəraitdə sosial sığorta haqları üzrə daxilolmalar 20,6% artıb, proqnoz 107,2% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 21,9% artıb, proqnoz 108,7% icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 40,3% artıb, proqnoz 107,3% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 44,8% artıb, proqnoz isə 110,4% icra edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi