Azərbaycanda öz biznesinə başlamaq istəyən gənclər üçün müsabiqə elan edilib

Azərbaycanda öz biznesinə başlamaq istəyən gənclər üçün müsabiqə elan edilib “Paylaş. Qazan. Biznesinə başla!” adlı onlayn müsabəqidə 2 500 AZN-dək ilkin investisiya əldə etmək mümkündür
Biznes
18 Aprel , 2016 18:20
Azərbaycanda öz biznesinə başlamaq istəyən gənclər üçün müsabiqə elan edilib

Bakı. 18 aprel. REPORT.AZ/ “Youth Inc.” gənclərin sahibkarlıq proqramı öz biznesinə başlamaq istəyən və hazırda yeni biznesini inkişaf etdirən gənc sahibkarları “Paylaş. Qazan. Biznesinə başla!” adlı onlayn müsabəqidə iştirak etməyə və 2 500 AZN-dək ilkin investisiya əldə edərək “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin imkanlarından yararlanmağa dəvət edir.

"Report" xəbər verir ki, “Coca-Cola” və Azərbaycan Gənclər və İdman Nazirliyini dəstəyi ilə DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfindən 2013-cü ildən həyata keçirilən “Youth Inc.” proqramı gənc sahibkarlığın inkişafı geniş imkanlar təklif edir. Biznes ideyası olan və ideyanı həyata keçirməyə hazır hər bir 18-35 yaşarası olan gənc sahibkar komandası ilə birgə müxtəlif hazırlıq səviyyəsində olan biznes-ideyalar (pre-konsept, konsept, hazırda icra mərhələsində olan və s.) ilə müsabiqəyə qatıla bilər.

Bunun üçün biznes-ideyanı share.youthinc.az ünvanında qeydiyyatdan keçirmək lazımdır. 10 gün ərzində biznes-ideyanın müsabiqəyə buraxılması təsdiqlənəcək və“Youth Inc.” proqramının “Facebook” səhifəsində yerləşdiriləcək. Bundan sonra səhifədən biznes-ideyanın paylaşımları (“share”) həyata keçiriləcək – daha çox paylaşım, daha çox investisiya deməkdir. Hər bir paylaşan şəxs biznes-ideyaya dəstək göstərmiş və onu təqdim etmiş gənc sahibkar üçün investisiya gətirmiş olacaq. 14 gün ərzində müsabiqənin qaydalarına əməl etməklə ən çox paylaşılan biznes-ideya sahibi hər paylaşıma görə 1 AZN əldə edəcək. Qalib biznes-ideya 2 500 AZN-dək investisiya qazanacaq. Son müraciət tarixi 22 aprel 2016-cı il, saat 18:00-a qədərdir.

Son xəbərlər

Orphus sistemi