Ötən il hər bir ölkə sakini hər ay orta hesabla 158 manatlıq ərzaq alıb

Ötən il hər bir ölkə sakini hər ay orta hesabla 158 manatlıq ərzaq alıb Bakı. 15 yanvar. REPORT.AZ/ 2018-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 3% üstələyərək 37,1 mlrd. manata bərabər olub.
Biznes
15 Yanvar , 2019 17:54
Ötən il hər bir ölkə sakini hər ay orta hesabla 158 manatlıq ərzaq alıb

Bakı. 15 yanvar. REPORT.AZ/ 2018-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 3% üstələyərək 37,1 mlrd. manata bərabər olub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ticarət dövriyyəsinin 18,6 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2017-ci ilə nisbətən real ifadədə müvafiq olaraq 2,5% və 3,4% artıb.

2018-ci ildə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8%-i ərzaq məhsullarının, 4,5%-i içkilər və tütün məmulatlarının, 17,8%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,9%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Hesabat ilində istehlak məhsullarının dəyər ifadəsində 16,8%-i ticarət müəssisələri, 52,9%-i fərdi sahibkarlar tərəfindən, 30,3%-i isə bazar və yarmarkalarda satılıb. 2017-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 33%, fərdi sahibkarlar üzrə 0,1% artıb, bazar və yarmarkalarda isə 4,2% azalıb.

2018-ci ildə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 314,8 manat və ya 2017-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 12,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 158,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Son xəbərlər

Orphus sistemi