Nüsrət İbrahimov: "Bakının daşınmaz əmlak bazarında aktivlik artıb"

Nüsrət İbrahimov: "Bakının daşınmaz əmlak bazarında aktivlik artıb" Bakıda aprel ayı ərzində təkrar mənzil bazarında 2,5%, ilkin mənzil bazarında 2,76%, torpaq bazarında isə 9,12%-lik artım qeydə alınıb.
Biznes
23 May , 2020 13:10
Nüsrət İbrahimov: Bakının daşınmaz əmlak bazarında aktivlik artıb

Bakıda aprel ayı ərzində təkrar mənzil bazarında 2,5%, ilkin mənzil bazarında 2,76%, torpaq bazarında isə 9,12%-lik artım qeydə alınıb.

Bunu "Report"a açıqlamasında "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

O bildirib ki, kommersiya obyektlərin icarəsində isə 2,53% azalma qeydə alınıb: “Ümumi daşınmaz əmlak bazarında ay ərzində 2,74%-lik artım qeydə alınıb. Bu ilin mart ayı ilə müqayisədə apreldə Bakının daşınmaz əmlak bazarında aktivlik artıb. Ötən ilin aprel ayı ilə müqayisədə isə ümumi bazarda 5,31% artım olub, təkrar mənzil bazarında 1,13%, ilkin mənzil bazarında 8,58%, kommersiya obyektləri bazarında 9,25%, torpaq bazarında 6,18%, kirayə mənzil bazarında 6,51%, kommersiya obyektlərin icarəsində isə 12,56%-lik artım olub".

O əlavə edib ki, hazırda kirayə mənzil bazarında aktivlik müşahidə olunur: "Aprel ayında orta qiymət 1 350 manat təşkil edib. Ümumilikdə, kirayə mənzil bazarında ay ərzində artım 0,26% təşkil edib".

Xatırladaq ki, daşınmaz əmlak üzrə ekspertlər bu ilin mart ayında ölkədə koronavirus pandemiyasının (COVİD-19) yayılması ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında aktivliyin əhəmiyyətli dərəcədə azaldığını bildirmişdilər. Belə ki, mart ayı ərzində bütün istiqamətlər üzrə satış tamamilə dayanmışdı. 

Son xəbərlər

Orphus sistemi