Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 95 ev alıblar

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 95 ev alıblar Bakı. 18 fevral REPORT.AZ/ Azərbaycan vətəndaşları 2019-cu ilin yanvar ayı ərzində Türkiyədə 95 ev alıblar.
Biznes
18 Fevral , 2019 13:39
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 95 ev alıblar

Bakı. 18 fevral REPORT.AZ/ Azərbaycan vətəndaşları 2019-cu ilin yanvar ayı ərzində Türkiyədə 95 ev alıblar. 

“Report”un Türkiyə Statistika İdarəsinin hesabatına əkistinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 ev və ya 46,2% çoxdur.

Bununla da, bu ilin ilk ayı ərzində vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin sıralanmasında Azərbaycan XI yeri tutub. Hesabata əsasən, I yerdə İraq (605 ev), II yerdə İran (305 ev), III yerdə Rusiya (195 ev), IV yerdə Əfqanıstan (191 ev), V yerdə İordaniya (151 ev), VI yerdə Küveyt (130 ev), VII yerdə Almaniya (119 ev), VIII yerdə Səudiyyə Ərəbistanı (108 ev), IX yerdə Fələstin(103 ev), X yerdə Yəmən (97 ev) vətəndaşları qərarlaşıb.

Qeyd edək ki, ötən il Azərbaycan vətəndaşları Türkiyədə 1 250 ev əldə ediblər. Bu isə illik müqayisədə ev alışında 308 ev və ya 32,7% artım olduğunu göstərir. 

Son xəbərlər

Orphus sistemi