Yuxarı
    Bağlamaq

    Ötən ay aksizlər üzrə gömrük daxilolmaları kəskin azalıb

    İyulda DGK xətti ilə dövlət büdcəsinə 256,6 mln. manat vergi və rüsum daxil olub© Report.az

    Bakı. 4 avqust. REPORT.AZ/ Bu ilin iyul ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 256 610,4 min manat vergi və rüsum daxil olub. 

    "Report" DGK-ya istinadən xəbər verir ki, bu 2016-cı ilin iyul ayı ilə müqayisədə 69 819,79 min manat və yaxud 37,38% çoxdur.

    Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 1 il əvvələ nisbətən 15 238,72 min manat və yaxud 33,1% artaraq 61 275,9 min manata çatıb. 

    Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 61 089,88 min manat və yaxud 49,52% artaraq 184 466,6 min manat, aksizlər üzrə daxilolmaların həcmi 6 706,28 min manat və yaxud 45,4% azalaraq 8 064,8 min manat, yol vergisi üzrə daxilolmaların həcmi isə 197,44 min manat və yaxud 7,58% artaraq 2 803,1 min manat təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi