Omsk vilayətinin sahibkarları Bakıya səfər edəcəklər

Omsk vilayətinin sahibkarları Bakıya səfər edəcəklər Omsk vilayətinin İxraca Dəstək Mərkəzi 11 analoji xarici səfərlər təşkil edəcək
Biznes
11 Yanvar , 2017 14:02
Omsk vilayətinin sahibkarları Bakıya səfər edəcəklər

Bakı. 11 yanvar. REPORT.AZ/ Rusiyanın Omsk vilayəti ixrac potensialını surətlə artırmaq üçün xarici ölkələrə biznes missiyalar təşkil edəcək.

“Report” xəbər verir ki, regional hökumətin dəstəyi ilə Omsk vilayətinin İxraca Dəstək Mərkəzi bu ilin fevral-mart aylarından etibarən 7 ölkəyə 11 biznes missiya həyata keçirməyi planlaşdırır.

Mərkəz bu il ilk dəfə Omsk məhsullarının xarici satış bazarlarının coğrafiyasının genişləndirməsi üçün mart ayında Bakıya biznes missiya təşkil edəcək.

Qeyd edək ki, missiyanın əsas məqsədi ixrac bazarlarını genişləndirmək və Omsk məhsullarının satış həcmini artırmaqdır.

Son xəbərlər

Orphus sistemi