Yuxarı

Məmməd Musayev: "Ölkədə 972 min sahibkarlıq subyekti var"

Ölkədə 972 min sahibkar var, onların 130 mini hüquqi şəxslərdir

“Hazırda ölkədə qeydiyyatdan keçmiş 972 min sahibkarlıq subyekti var, onların 130 mini hüquqi şəxslərdir”.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “Report”a daxil olan məlumata görə, bunu sözügedən qurumun prezidenti Məmməd Musayev 25 aprel “Sahibkarlar Günü” ilə bağlı qeyd edib. 

Onun sözlərinə görə, Vergilər Məcəlləsinə ciddi əlavə və dəyişikliklər edilib: "Nəticədə kiçik və orta sahibkarlar mənfəətdən 75% həcmində güzəşt əldə ediblər. Gömrük Məcəlləsində nəzərdə tutulan “Yaşıl Dəhliz” prinsipi ilə işləmək isə sahibkarların idxal-ixrac əməliyyatlarını vaxt itirmədən, rahat şəkildə aparmasına imkan yaradır. Artıq ÜDM-də özəl sektorun payı 85%-ə çatıb və özəl sektor ilə dövlət arasında dialoqun qurulmasında Azərbaycan Sahibkarlar Konfederasiyası qarşısına qoyduğu hədəflər üzərində səylə çalışır”.

M.Musayev qeyd edib ki, biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən tədbirlər nəticəsində 2004-2018-ci illərdə ölkəmizin qeyri-neft ixracı 4,1 dəfə, ixrac olunan mal çeşidlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı 5 dəfə artıb. Ümumulikdə, ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub, ASK-nın prezidenti qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi