​Oktyabrda ƏDV üzrə gömrük daxilolmaları 7% azalıb

​Oktyabrda ƏDV üzrə gömrük daxilolmaları 7% azalıb Büdcəyə 134,3 min manat həcmində vergi və rüsumlar daxil olub
Biznes
12 Noyabr , 2015 13:45
​Oktyabrda ƏDV üzrə gömrük daxilolmaları 7% azalıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 134 284,55 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 12 365,07 min manat, yaxud 10,14% çoxdur.

"Report"un DGK-ya istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 16 750,38 min manat və yaxud 97,79% artaraq 33 880 min manat olub.

Hesabatda, həmçinin bildirilir ki, oktyabr ayında ƏDV üzrə daxilolmaların həcmi 6 926,07 min manat və ya 6,98% azalaraq 92 324,56 min manat, aksizlər 2166,86 min manat, yaxud 53,36% artaraq 6 227,8 min manat, yol vergisi üzrə daxilolmalar isə 373,9 min manat və ya 25,29% artaraq 1 852,19 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi