​Oktyabrda BƏƏ-də Qlobal İqtisadi Sammit keçiriləcək

​Oktyabrda BƏƏ-də Qlobal İqtisadi Sammit keçiriləcək Ümumilikdə isə interaktiv sessiyalarda 1000-dən artıq insanın iştirak edəcəyi gözlənilir
Biznes
22 İyun , 2015 08:49
​Oktyabrda BƏƏ-də Qlobal İqtisadi Sammit keçiriləcək

Bakı. 22 İyun. REPORT.AZ/ Oktyabrın 25-27-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Dünya İqtisadi Forumu çərçivəsində Qlobal İqtisadi Sammit keçiriləcək.

"Report"un Dünya İqtisadi Forumunun rəsmi saytına istinadən veridyi xəbərə görə, sammitdə biznes qurumları, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və hökumət strukturlarını təmsil edən 80-dən çox ekspertin iştirakı gözlənilir.

Ümumilikdə isə interaktiv sessiyalarda 1000-dən artıq insanın iştirak edəcəyi deyilir.

Sammitdə iqtisadiyyatda son tendensiyalar və risklərin müəyyən edilməsi, qlobal gələcək üçün kollektiv inkişaf yolları, sənaye və regional əhəmiyyətli məsələlər ətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, Dünya İqtisadi Forumu çərçivəsində Qlobal İqtisadi Sammiti 2014-cü ilin sentyabrından təşkil edilir.

Son xəbərlər

Orphus sistemi