Yuxarı
    Bağlamaq

    OECD: Ən çox vergi yükü Belçikadadır

    Təşkilat 35 ölkədə vergi yükü ilə bağlı apardığı araşdırmanın nəticəsini açıqlayıb

    Bakı. 13 aprel. REPORT.AZ/ İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dünyanın 35 inkişaf etmiş ölkəsində vergi yükü ilə bağlı apardığı araşdırmanın nəticəsini açıqlayıb.

    “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, araşdırma nəticəsində ən çox vergi yükünün Belçikada olduğu üzə çıxıb – 54%.

    İlk onluqda Almaniya (49,4%), Macarıstan (48,2%), Fransa (48,1%), İtaliya (47,8%), Avstriya (47,1%), Finlandiya (43,8%), Çexiya (43%), İsveç (42,8%) və Sloveniya (42,7%) qərarlaşıb.

    Araşdırmaçılar ən az vergi yükünün isə Çilidə (7%), Yeni Zelandiyada (17,9%) və Meksikada (20,1%) olduğu müəyyənləşib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi