Yuxarı

​OECD Azərbaycanda aparılan islahatların real nəticələrini qiymətləndirəcək

Azərbaycan Sahibkarlar Konfederasiyasında OECD-in missiyası ilə görüş keçirilib

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda səfərdə olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) anti-korrupsiya fəaliyyət planının sədri xanım Eneri Quinioneslə görüşüb.

ASK-dan "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 20-dən çox iş adamı da iştirak edib. Tərəflər sahibkarlıq və özəl sektorun inkişafında maneələrin aradan qaldırılması, onların fəaliyyətinə hər hansı bir formada müdaxilənin qarşısının alınması və s. kimi məsələləri müzakirə ediblər.

M.Musayev bildirib ki, son illər Azərbaycanda sahibkarlıqla bağlı prosedur və qaydalar xeyli təkmilləşdirilib, biznesə dövlət maliyyə yardımı mexanizmi işə salınıb, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilib, idxalda rüsumların 15%-lik maksimal həddi müəyyən olunub.

E.Quiniones isə bildirib ki, səfərinin əsas məqsədi İƏİT-nin anti-korrupsiya fəaliyyət planının IV monitorinqinin hesabatını hazırlamaqdır. Əvvəlki monitorinqdən fərqli olaraq bu dəfə ölkəmizdə qanunlar deyil, artıq qanunlar çərçivəsində aparılan islahatlar nəzərdən keçiriləcək, real nəticələri araşdırılacaq, bununla bağlı hesabat hazırlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi