Yuxarı

​"Nurgün Motors"un avtosalonları bağlanıb

Bu, avtomobillərin satış salonlarında aparılan vergi yoxlamaları ilə bağlıdır

Bakı. 13 aprel. REPORT.AZ/ "Nurgün Motors" ASC-nin avtomobil satış salonları fəaliyyətini dayandırıb. "Nurgün Holdinq"dən "Report"a verilən məlumata görə, salonların bağlanması burada aparılan vergi yoxlamaları ilə əlaqədardır.

Holdinqdən bildirilib ki, avtosalonların artıq sabah fəaliyyətini bərpa edəcəyi gözlənilir.

Xatırladaq ki, "Nurgün Motors" şirkəti “Infiniti”, “Renault”, “Nissan” və “Ford” kimi avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütorudur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi