Londonda mənzillərin qiymətləri 6 ildə minimuma enib

Londonda mənzillərin qiymətləri 6 ildə minimuma enib Bakı. 5 fevral. REPORT.AZ/ Son bir il ərzində Londonun ən nüfuzlu rayonlarında mənzillərin qiyməti demək olar, 5 faiz ucuzlaşıb.
Biznes
5 Fevral , 2019 05:53
Londonda mənzillərin qiymətləri 6 ildə minimuma enib
Bloomberg

Bakı. 5 fevral. REPORT.AZ/ Son bir il ərzində Londonun ən nüfuzlu rayonlarında mənzillərin qiyməti demək olar, 5 faiz ucuzlaşıb.

Bu barədə "Report" RBK-a istinadən xəbər verir.

Bildirilir ki, 2018-ci ilin son rübünün göstəricisinə görə, paytaxtın raayonlarında daşınmaz əmlakın qiyməti 1,5 faiz ucuzlaşıb. Amma ilin nəticəsinə görə azalma 4,6 faiz təşkil edib.

Daşınmaz əmlak bazarına bir neçə amil qəfil təsir göstərib. Bunlardan birincisi, ölkənin Avropa Birliyindən çıxışı (Brexit-red) ilə əlaqədar yaranan qeyri-sabit vəziyyətdir. Hansıki prosesin ssenarisi hələ tam aydın deyil.

Daşınmaz əmlak bazarına təsir edən digər amil vergi islahatlarıdır. Qeyd edilir ki, islahatlar qiymətlərin azalmasına imkan yaradıb. 

Son xəbərlər

Orphus sistemi