Yuxarı
    Bağlamaq

    Noyabrda Bakıda daşınmaz əmlak və investisiya sərgisi keçiriləcək

    Sərgi çərçivəsində Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar mövzusunda konfrasın da keçirilməsi nəzərdə tutulub© Report

    Bakı. 21 iyun. REPORT.AZ/ Bu gün Bakıda Əmlak Məsələləri Dövlət Komitəsi, "ElanExpo" və "Atılım Fuarcılık" şirkətlərinin birgə təşkilatçılığı ilə noyabrın 23-25-də təşkil olunacaq RecExpo III və Azərbaycanın Daşınmaz Əmlak və İnvestisiya Sərgisinə dair tədbir keçirilib. 

    "Report" xəbər verir ki, tədbirdə Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirib ki, sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır.

    Ötən ildən fərqli olaraq sərgidə daha çox investor, əmlak şirkətlərinin qatılması, eyni zamanda onların tikinti və infrastruktur layihələrinin nümayişi gözlənilir. Tədbirdə Avropa və Asiya ölkələrinin daşınmaz əmlak bazarındakı şirkətləri də iştirak edəcəklər. Türkiyə, BƏƏ, Rusiya, İspaniya kimi dövlətlərin nüfuzlu tikinti şirkətləri sərgidə toplanacaqlar.

    Əmlak Məsələləri Dövlət Komitəsi strateji özəlləşdirmənin təşkili və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Yalçın Camalov bildirib ki, özəlləşdirməyə açıq elan edilən müəssisələrlə bağlı yaradılacaq pavilyonlarda həmin müəssisələrin maliyyə və iqtisadi göstəriciləri, istehsal etdikləri məhsul və xidmətlər, yerləşdiyi ünvan və xidmət növləri, gəlirgətirmə potensialı və digər məlumatlar əks olunacaq. Potensial iştirakçılara özəlləşdirməyə çıxarılan müəssisələr və iştiraketmə prosedurları barədə məlumat veriləcək.

    Tədbirdə qeyd edilib ki, bu istiqamətdə Azərbaycanın xaricdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri vasitəsi ilə müxtəlif ölkələrin ticarət birlikləri, investisiya fondları və bütün maraqlı tərəflərlə əlaqələr qurulur. Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanın BƏƏ-dəki səfirliyi və Dubaydakı konsulluğu vasitəsilə iri investorların cəlb edilməsi üzrə Dubay Ticarət Palatası ilə danışıqlar aparır. Eyni məqsədlə Azərbaycanın Türkiyədəki səfirliyi ilə də müvafiq işlər aparılır. 

    Sərgi çərçivəsində maliyyə şirkətləri, xarici investorlar, habelə maraqlı tərəflərin iştirakı ilə "Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar" mövzusunda konfrasın keçirilməsi nəzərdə tutulub.

    Xatırlalaq ki, ötən il ümumilikdə isə sərgidə 91 yerli və beynəlxalq şirkətin 152 daşınmaz əmlak layihəsi nümayiş olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi