“Nissan” şirkətində “Renault”un payı azaldıla bilər

“Nissan” şirkətində “Renault”un payı azaldıla bilər Bakı.8 fevral. REPORT.AZ/ Fransa hökuməti “Nissan” şirkətində “Renault”un payını azaltmaq imkanlarını araşdırır.
Biznes
8 Fevral , 2019 13:38
“Nissan” şirkətində “Renault”un payı azaldıla bilər
0 : 00
0 : 00

Bakı.8 fevral. REPORT.AZ/ Fransa hökuməti “Nissan” şirkətində “Renault”un payını azaltmaq imkanlarını araşdırır.

“Report” “Nikkei”yə istinadən xəbər verir ki, bu barədə Fransa Yaponiya hökumətinə bildiriş təqdim edib.

Bu təşəbbüsün “Renault” şirkətinə prezident olaraq Jan Dominik Senarın təyin olunması, “Nissan” Direktorlar Şurasının sədri Karlos Qohnun həbsindən sonra həmin vəzifəyə də irəli çəkmək planı ilə bağlı olduğu göstərilir.

Lakin belə olsa, “Renault”un ən iri səhmdarlarından olan Fransa hökumətini9n “Nissan”da da söz sahibinə çevriləcəyini nəzərə alan Yaponiya hökuməti bu varinta qarşı çıxır.

Hazırda “Nissan”ın 43,4 faizinə sahib olan “Renault” bu korporasiyanın rəhbərlərini, Direktorlar Şurası üzlərini təyin etmək haqqına sahibdir. “Nissan” isə “Renault” səhmlərinin 15 faizinə sahib olduğundan həmin şirkətdə səs hüququna mailik deyil. Fransa hökuməti də “Renault”da 15 faizlik paya sahibdir, hərçənd Yaponiya tərəfilə danışıqlar əsnasında bu göstəricinin azalacağı mümkün olduğu göstərilir.

Son xəbərlər

Orphus sistemi