Yuxarı
    Bağlamaq

    "Nikoil Bank" sahibkarlara 9 mln. manat güzəştli kredit verib

    Bu vəsait son iki ildə 625-dən çox müəssisəyə ayrılıb

    Bakı. 26 noyabr. REPORT.AZ/ "Nikoil Bank" ASC Sahibkarlığa Kömək Milli Fondu (SKMF) xətti ilə son 2 il ərzində 625-dən çox müəssisəyə ümumi həcmi 9 mln. manat olan güzəştli kreditlər verib.

    "Report"un banka istinadən verdiyi xəbərə görə, verilmiş kreditlərin orta məbləği 14 min manat təşkil edib: "Bu gün bank əsasən fermer təsərrüfatı, heyvandarlıq, arıçılıq, balıqçılıqla, həmçinin çörək və un istehsalı, eyni zamanda digər məhsul və malların istehsalı ilə məşğul olan sahibkarların bazarda kiçik və orta biznesinin maliyyələşdirilməsinə hədəflənib".

    Sahibkarlara güzəştli kreditlərin şərtləri və verilməsi barədə ətraflı məlumat vermək məqsədilə SKMF banklarla birlikdə mütəmadi olaraq respublikanın müxtəlif regionlarında kredit yarmarkaları keçirir. Bu il "Nikoil Bank" 18-ci kredit yarmarkasında iştirak edib. İştirakın əsas məqsədi dövlət proqramı üzrə güzəştli kreditlərlə bağlı məsləhətlər vermək və potensial müştərilərin cəlb edilməsi olub.

    SKMF proqramı üzrə biznes kreditləri 5 mindən 10 mln. manatadək olmaqla illik 6%-lə 10 ilədək müddətə verilir. Güzəştli dövr kreditin müddətinin yarısı qədərdir. Güzəşt müddəti ərzində müştərilər kreditin yalnız hesablanan faizlərini ödəyir.

    Qeyd edək ki, "Nikoil Bank" 10 ildən artıqdır SKMF ilə əməkdaşlıq edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi