Yuxarı

Azərbaycan nəqliyyat vasitələrinin və onların ehtiyat hissələrinin idxalına çəkdiyi xərci 38% artırıb

Nəqliyyat vasitələrinin ehtiyat hissələrinin idxal xərci 38% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 988,642 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 273,521 milyon dollar (38,25%) çoxdur.

Hesabat dövründə nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 8,6%-ni təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi