Neftçalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Neftçalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb Sahibkarlar bu gündən investisiya layihələrinin maliyyələşdirilməsi üçün SKMF-yə müraciət edə bilər
Biznes
5 Noyabr , 2015 12:13
Neftçalada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Bakı. 5 noyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Neftçala rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, sahibkarlardan plastik qapı-pəncərə, üzlüklər, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, corab və sabun istehsalı müəssisələrinin yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflər qəbul olunur.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi