Bakı. 6 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi Baronessa Emma Nikolson arasında görüş keçirilib.
Fonddan "Report"a verilən məlumata görə, görüş zamanı ölkədə makroiqtisadi vəziyyət, hökumət tərəfindən həyata keçirilən islahatlar, Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.