Nazirlər Kabinetinə qanunvericiliklə bağlı yeni təkliflər göndərilib

Nazirlər Kabinetinə qanunvericiliklə bağlı yeni təkliflər göndərilib Bakı. 20 dekabr. REPORT.AZ/ Lisenziyalar və icazələr portalının (www.lisenziyalar.gov.az) işə düşməsi ilə əlaqədar olaraq bir sıra mövcud qanunlara dəyişikliklər ediləcək. 
Biznes
20 Dekabr , 2017 12:48
Nazirlər Kabinetinə qanunvericiliklə bağlı yeni təkliflər göndərilib

Bakı. 20 dekabr. REPORT.AZ/ "Lisenziyalar və icazələr" portalının (www.lisenziyalar.gov.az) işə düşməsi ilə əlaqədar olaraq bir sıra mövcud qanunlara dəyişikliklər ediləcək. 

"Report" xəbər verir ki, bunu "Lisenziyalar və icazələr" portalının təqdimat mərasimində sahibkarların suallarını cavablandıran iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədovun sözlərinə görə, artıq müvafiq təkliflər Nazirlər Kabinetinə göndərilib və tezliklə qəbul edilməsi gözlənilir: "Gələn ilin mart ayına qədər dövlət qurumlarının portala inteqrasiyası prosesi başa çatmalıdır. Paralel olaraq "ASAN Xidmət" mərkəzlərində əməkdaşlarımız da çalışacaq. Əgər kiməsə xarici iqtisadi əməliyyatlar üçün lisenziya kağız formada lazım olacaqsa, həmin mərkəzlərdə çalışan əməkdaşlarımız həmin şəxsləri kağız formatda olan icazələrlə təmin edəcək".

Son xəbərlər

Orphus sistemi