Nazirlər Kabineti: İdman mərc oyununu udan şəxsin razılığı olmadan adı reklamda açıqlana bilməz

Nazirlər Kabineti: İdman mərc oyununu udan şəxsin razılığı olmadan adı reklamda açıqlana bilməz Mərc oyunları ilə bağlı qaydalara dəyişikliklər edilib
Biznes
6 Sentyabr , 2016 01:17
Nazirlər Kabineti: İdman mərc oyununu udan şəxsin razılığı olmadan adı reklamda açıqlana bilməz

Bakı. 6 sentyabr. REPORT.AZ/ Nazirlər Kabineti “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın və “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.

"Report" xəbər verir ki, .bu barədə qərar baş nazir Artur Rasi-zadə tərəfindən imzalanıb.

Dəyişikliklərə görə, idman mərc oyununu udan şəxsin yazılı razılığı olmadan onun adı reklamda açıqlana bilməz.

Digər dəyişiklikdə bildirilir ki, 3.6-cı bəndə “üzərində” sözündən sonra “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq” sözləri əlavə edilsin.

Son xəbərlər

Orphus sistemi