Nazir: “Tacikistan Azərbaycanın nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə bilər”

Nazir: “Tacikistan Azərbaycanın nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə bilər” Bakı. 26 noyabr. REPORT.AZ/ İqtisadiyyat naziri, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev ilə görüşüb.
Biznes
26 Noyabr , 2018 14:24
Nazir: “Tacikistan Azərbaycanın nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə bilər”

Bakı. 26 noyabr. REPORT.AZ/ İqtisadiyyat naziri, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev ilə görüşüb.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında tarixi və mədəni yaxınlığı vurğulayıb, əlaqələrin uğurla inkişaf etdiyini, Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd edib. Bildirilib ki, ticarət əlaqələrimiz inkişaf edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, ölkələrimiz arasında Hökumətlərarası Komissiya fəaliyyət göstərir, birgə tədbirlər təşkil edilir. Nazir iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün imkanları diqqətə çatdırıb, sənaye, kənd təsərrüfatı, ticarət, investisiya, İKT, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı perspektivlərini vurğulayıb. 

Azərbaycanın əlverişli geostrateji mövqedə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini, ölkəmizin böyük tranzit potensialını diqqətə çatdıran Şahin Mustafayev Tacikistanla nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu, Tacikistanın ölkəmizin nəqliyyat-tranzit potensialından daha geniş istifadə edə biləcəyini diqqətə çatdırıb.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi